Hava aralaylı asma fasadlar binanın xarici qoruyucu örtüyünü təşkil edən məsul mühəndis konstruksiyasıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Hava aralaylı asma fasad sistemlərinin uzunömürlülüyü və normal işləməsi aşağıdakı tələblərə riayət olunmaqla təmin edilir:

– Hava aralaylı asma fasadları üçün istifadə olunan materiallar və komplektləşdirici məmulatlar nişanlanmalı, normativ sənədlərin və layihələrin tələblərinə uyğun olmalı, həmçinin materialların keyfiyyətini təsdiq edən və onların istehsalçılarını göstərən sənədlərə malik olmalıdır.

Hava aralaylı asma fasadlarda baza layihədə qəbul olunmuş sistemə uyğun olmayan məmulatların və materialların istifadəsinə yol verilmir.

– Hava aralaylı asma fasad konstruksiyalarının yükdaşıma qabiliyyəti üzlük elementlərinin kütləsindən binanın xarici divarına ötürülən yüklərin qiymətinə uyğun olmalıdır.