Hava aralaylı asma fasadların layihələndirilməsi və quraşdırılması zamanı hava aralaylı asma fasadların konstruktiv həlləri yanğın mənbəyindən alovun sistemin daxili həcminə nüfuz etmə ehtimalını istisna etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Havalandırılan hava aralayının etibarlılığını və yanğın təhlükəsizliyini təmin etmək üçün binanın hündürlüyü boyu hesablama ilə müəyyən edilmiş məsafələrdə, lakin 3 mərtəbədən çox olmamaqla yanğın əleyhinə maneələr quraşdırılmalıdır.