Hava aralaylı asma fasad sistemlərində istilik izolyasiya və atmosfer yağıntılarının təsirindən mühafizə funksiyaları konstruktiv olaraq ayrılıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Hava aralaylı asma fasadların mühüm konstruktiv elementi, nəmin (xüsusilə güclü yağış zamanı) istilik izolyasiya materialının səthinə nüfuz etməsinə mane olan istilik qatı ilə ekran arasında yerləşən hava qatıdır.