Müqavilə protokol imzalandığı gündən 5 gün müddətində imzalanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Qalib gəlmiş şəxs qanunvericiliyə uyğun tərtib edilmiş protokolu imzalamaqdan imtina etdikdə, verdiyi beh geri qaytarılmır. Həmin protokolu imzalamaqdan imtina edən sifarişçi qalib gəlmiş şəxsə behi ikiqat məbləğdə geri qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.