Divar konstruksiyalarına bərkidici elementlər üçün yol verilən dartıcı qüvvə, hava aralaylı asma fasadlarının quraşdırılması üçün nəzərdə tutulmuş binanın divarında sınaqların nəticələrinə əsasən müəyyən edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Sınaqların aparılması üçün nöqtələrin sayı divar səthinin hər 2000 m2 üçün ən azı 15 olmalıdır ki, onlardan ən azı yeddisi binanın eni 1,5 m-dən çox olmayan künc zonalarında yerləşməlidir.