Hesablamalar üzlük tavalarının kütləsindən gələn şaquli yükə, küləyin təzyiqindən (mənfi təzyiq) yaranan üfüqi yükə, buz bağlama yüklərinə, iqlim təsirlərindən yaranan temperatur yüklərinə aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Yüklər hesablandıqda AzDTN 2.3-1-ə uyğun seysmik yüklər nəzərə alınır.