Hesabat formasında ölkə xaricində aparılmış əməliyyatların sayı və həcmi ödəniş terminalları vasitəsilə nağd pulun çıxarılması, ödəniş terminalları vasitəsilə ödənişlərin həyata keçirilməsi və internet səhifə, mobil tətbiq və digər elektron şəbəkə vasitəsilə aparılan ödəniş əməliyyatlarının müvafiq olaraq sayı və həcminin cəmindən ibarətdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Hesabat formasında ölkə daxilində aparılan əməliyyatların sayı və həcmi bankomatlar, POS-terminallar, internet səhifə, mobil tətbiq və digər elektron şəbəkə, özünəxidmət terminalları vasitəsilə aparılan ödəniş əməliyyatlarının, həmçinin sadalanan qruplara aid edilməyən digər əməliyyatların müvafiq olaraq sayı və həcmindən ibarətdir.