Dərman vasitələrinin istehsalına dair tələblərin sisteminin hansı struktur elementlərindən ibarət olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Dərman vasitələrinin istehsalına dair tələblərin sistemi aşağıdakı struktur elementlərindən ibarətdir:
– Əczaçılıq keyfiyyət sistemi;
– İşçi heyət barədə tələblər;
– Sahələr və avadanlıqlar;
– Sənədləşmə;
– İstehsal;
– Keyfiyyətin yoxlanılması;
– Müəssisədən kənar fəaliyyətlər (autsorsinq);
– Şikayətlər, keyfiyyətə dair qüsurlar və məhsulun geri çağırılması;
– Özünütəftiş.