Rəhbərlik, effektiv Əczaçılıq Keyfiyyət Sisteminin (ƏKS) mövcud olmasına, müvafiq şəkildə təchiz olunmasına, həmçinin, vəzifələrin, öhdəliklərin və səlahiyyətlərin təyin edilməsinə, aidiyyəti üzrə çatdırılmasına və müəssisə daxilində tətbiqinə görə məsuliyyət daşıyır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Məhsulun, prosesin və ümumilikdə sistemin davamlı inkişafı üçün mövcud imkanları təyin etmək məqsədi ilə rəhbərlik tərəfindən aparıcı işçilərin də iştirakı ilə mütəmadi olaraq ƏKS-nin işinin qiymətləndirilməsinə dair təhlil keçirilməlidir.