Hələbdən sonra Suriyanın strateji Həma şəhəri də müxalif qüvvələrin nəzarətinə keçib.
Heftelik.az-ın “Hurriyet”-ə istinadən verdiyi məlumata görə, Hamanın Mezarib, Sanayi və Arbain məhəllələrini ələ keçirən müxalif qüvvələr şəhərin mərkəzinə daxil olaraq nəzarəti təmin ediblər.
Suriya Ordusu da Həmada nəzarəti itirdiyini, hərbi birləşmələrin şəhərin kənarında mövqe tutduqlarını açıqlayıb.
Qeyd edək ki, Suriyanın dördüncü böyük şəhəri olan Həmadan sonra müxaliflərin növbəti hədəfi Dəməşqin yaxınlığında yerləşən Humus şəhəridir.
Hamanın küçələrində Suriya Prezidentə Bəşər Əsədə sadiq qüvvələrin qoyub qaçdığı hərbi texnikaların görüntüləri də yayılıb.