Hansı riskli hallarda dərman vasitələrinin istehsal sahələrinin ayrılmalı olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Aşağıdakı riskli hallarda dərman vasitələrinin istehsal sahələri ayrılmalıdır:

– risklər təşkilati və / və ya texniki tədbirlərlə adekvat qaydada tənzimlənə bimir;

– toksikoloji qiymətləndirmələr barədə elmi məlumatlar risklərin idarə edilə bilməsini dəstəkləmir. Məsələn: beta laktamlar kimi allergik potensiala malik güclü qıcıqlandırıcı materiallar;

– toksikoloji qiymətləndirmə yolu ilə əldə olunmuş maddələrin qalıq miqdarları validasiya olunmuş analitik metod ilə qənaətbəxş səviyyədə aşkarlana bilmir.