Müəssisədaxili markalanma, karantin və başlanğıc, qablaşdırma və aidiyyəti üzrə digər materialların saxlanmasına dair yazılı prosedurlar olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Nümunələrin götürülmə üsulları, istifadə olunan avadanlıq, götürülən miqdar və materialın çirklənməsinin və ya keyfiyyətinin korlanmasının qarşısını almaq məqsədi ilə hər hansı ehtiyat tədbirlərinə dair yazılı prosedurlar mövcud olmalıdır.