“Azərbaycan Dəmir Yolları” QSC-də kadr islahatı olub.
Heftelik.az-ın Bakıvaxtı.az-a istinadən verdiyi məlumata görə, qurumun mətbuat katibi Sənubər Nəzərova tutduğu vəzifədən azad edilib.
QSC-nin sədri Rövşən Rüstəmov bununla bağlı əmr imzalayıb.
Sənubər Nəzərovanın yeni iş yeri hələlik bəlli deyil.
Qeyd edək ki, S.Nəzərova bu vəzifəyə 5 dekabr 2022-ci ildə təyin edilmişdi.
Onu da bildirək ki, Sənubər Nəzərova daha əvvəl – 2013-2020-ci illərdə “SOCAR AQS” MMC-də İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.