Təlimatlardan və ya prosedurlardan kənaraçıxmaların qarşısı alınmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Əgər kənaraçıxma baş verərsə, bu sözügedən sahədə cavabdeh şəxs tərəfindən yazılı formada təsdiqlənməli və aidiyyəti üzrə Keyfiyyətin yoxlanılması şöbəsi də məsələyə cəlb edilməlidir. İstehsal sahələrinə yalnız bu sahələrə giriş icazəsi olan şəxslər daxil olmalıdırlar.