“b” bəndinə hansı xəstəliklərin aid olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

“b” bəndinə aşağıdakılar aiddir:

– orta-ağır dərəcəli (3-cü funksional sinif) ürək çatışmazlığı ilə müşayiət olunan xəstəlikləri;

– ürək çatışmazlığının dərəcəsindən asılı olmayaraq ürəyin kombinə olunmuş və müştərək qazanılmış qüsurları;

– kateter ablasiyası ilə müalicə olunmuş, lakin sonradan təkrarlanan mədəcik taxikardiyasından başqa aritmiyalar;

– sol mədəciyin çıxarıcı traktının obstruksiyası olmayan hipertrofik kardiomiopatiyalar.