Vestibülometriyanın nəticələri nevropatoloqla birgə qiymətləndirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Vestibülyar pozulmaların müvəqqəti xarakterli olması göstərildikdə müayinə və müalicə hərtərəfli aparılmalıdır. Üzən heyətə seçim zamanı otolit reaksiyasının və ya Koriolis sürətləndirməsinin fasiləsiz kumulyasiyası sınağının nəticələri yırğalanmaya davamlılığın meyarı hesab olunur. Belə müayinələr zamanı III dərəcəli vestibülyar reaksiya verən şəxslər üzən heyətdə xidmətə yararsızdır.