Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.
Heftelik.az-ın “insider.ua”-ya istinadən verdiyi məlumata görə, siyahının təfərrüatları açıqlanmasa da, ona hakim “Gürcü Arzusu” partiyasının rəhbəri Bidzina İvanişvilinin başçılıq etdiyi bildirilib.
Bununla bağlı açıqlama verən Ukrayna lideri ölkəsi də daxil olmaqla, həm Gürcüstan, həm də Moldovanın məhvinə göz yummağın doğru olmadığını bəyan edib:
“Biz həm ABŞ-ni, həm də Avropa İttifaqını bu məsələdə prinsipial mövqe sərgiləməyə çağırırıq”, – Zelenski deyib.