Ziyarətçilər və ya təlim keçməmiş işçilər istehsalat və Keyfiyyətin yoxlanılması sahələrinə buraxılmamalıdırlar.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Əgər bu qaçınılmazdırsa, onlara əvvəlcədən şəxsi gigiyena qaydaları və qoruyucu geyimlərin istifadəsinə dair məlumat verilməli və ciddi şəkildə nəzarət olunmalıdır. Təlimlər zamanı ƏKS, onun anlaşılmasının inkişafı üçün tədbirlər və tətbiqi ətraflı şəkildə aydınlaşdırılmalı və müzakirə olunmalıdır.