A-sığortalayıcı kəmərə aid (A hərfi ilə markalanmış) istehsalçının təlimatına uyğun olaraq birləşmə nöqtəsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Kanat üzrə qalxmaq üçün B tipli kanatlarda mövqedə saxlama qurğusu əl ilə hərəkətə gətirilir, işçi kanata bağlandığı halda yükün təsiri altında bir istiqamətdə blokirovka olur və əks istiqamətdə sərbəst sürüşür (B tipli kanatlarda mövqedə saxlama qurğusu hər zaman sığorta sisteminin A tipli qurğusu ilə birlikdə tətbiq olunması üçün təyin edilir).