Hesabat formasının “Bankomatlar üzrə aparılan əməliyyatlar” hissəsində bankomatlar vasitəsilə nağd pulun çıxarılması, bankomatlar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi və bankomatlar vasitəsilə aparılan digər əməliyyatlar əks etdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Hesabat formasının “POS-terminallar üzrə aparılan əməliyyatlar” hissəsində POS-terminallar vasitəsilə nağd pulun çıxarılması, POS-terminallar vasitəsilə ödənişlərin həyata keçirilməsi, o cümlədən POS-terminallar üzrə təmassız ödənişlər və POS-terminallarla aparılan digər əməliyyatlar əks etdirilir. Hesabat formasının “İnternet səhifə, mobil tətbiq və digər elektron şəbəkə vasitəsilə aparılan ödəniş əməliyyatları” hissəsində internet səhifə, mobil tətbiq və digər elektron şəbəkə vasitəsilə aparılan nağdsız əməliyyatlar əks etdirilir.