“Statistik vahidin emissiya etdiyi ödəniş kartları ilə və onun ödəniş xidməti şəbəkəsində baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında statistik hesabat” formasında (Forma ÖS-F-2 – Əlavə №38) statistik vahidin emissiya etdiyi ödəniş kartları və statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində digər ödəniş xidməti təchizatçılarının emissiya etdiyi ödəniş kartları ilə baş vermiş ölkədaxili və ölkəxarici fırıldaqçılıq əməliyyatları əks olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Statistik vahidin emissiya etdiyi ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatları üzrə ödəniş kartlarının sayı, əməliyyatların ümumi sayı və həcmi, həmçinin özünə məxsus ödəniş xidməti şəbəkəsində baş vermiş fırıldaqçılıq əməliyyatlarının sayı və həcmi əks olunur.