Bir qayda olaraq dərman vasitələrinə aid olmayan məhsulların istehsalı dərman vasitələrinin istehsal sahələri və avadanlıqlarından kənar saxlanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Lakin əsaslandırılmaq, eləcə də aşağıdakı və 4-cü fəsildə qeyd olunan tələblərə uyğun gəlmək şərtilə buna yol verilə bilər. Pestisidlər (dərman vasitələrinin istehsalında istifadə edildiyi hallar istisna olmaqla) və herbisidlər kimi texniki zəhərlərin istehsalı və saxlanması dərman vasitələrinin istehsal və saxlanma sahələrindən kənar həyata keçirilməlidir.