C sinif xilasedici ilgək elə bir şəkildə düşünülmüş və konstruksiya edilmişdir ki, xilasetmə prosesi zamanı işçi xilasedici ilgəyin topuqlar ətrafında yerləşən qayışları vasitəsilə başı aşağı mövqedə saxlanılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Daşına bilən müvəqqəti anker qurğusundan istifadə edən xilasetmə və təxliyyə sistemi:

Üçayaq (tripod);

– bucurqad;

– xilasedici kəmər;

– qayışın dartılması zamanı avtomatik özünübloketmə funksiyasına malik və avtomatik olaraq artıq uzadılmış qayışın dartılması və ya geri çəkilməsinə imkan verən sığorta qurğusu;

– dartıcı stropda yerləşən amortizator (enerjinin paylanması funksiyası 4 ilə işarə edilmiş sığorta qurğusunun özü tərəfindən yerinə yetirilə bilər);

-sığortalayıcı kəmər.