İstifadə edilən üsul və avadanlıqların təsviri veriməklə istehsalın müxtəlif mərhələlərində material və məhsulların sınaqlarına dair yazılı prosedurlar mövcud olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Həyata keçirilən sınaqların qeydiyyatı aparılmalıdır. Material və məhsulların buraxılışına icazə verilməsi və qadağa qoyulması, xüsusilə də hazır məhsulun buraxılmasının Səlahiyyətli Şəxs tərəfindən təsdiqinə dair yazılı prosedurlar olmalıdır. Bütün qeydlər Səlahiyyətli Şəxs üçün əlçatan olmalıdır. Kritik məlumatlara dair xüsusi müşahidələr və istənilən dəyişiklikləri təsvir edən sistem qurulmalıdır.