İstehsalatın xüsusiyyətlərini nəzərə alaraq müəssisədə ətraflı gigiyena proqramı işlənib hazırlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Bura sağlamlıq, gigiyena qaydaları və işçilərin geyimlərinə dair prosedurlar daxil edilməlidir. İstehsalat və Keyfiyyətin yoxlanılması sahələrinə çalışan və ya işinin icrası ilə əlaqədar olaraq sözügedən sahələrə daxil olan hər bir işçi bu tələbləri anlamalı və ciddi şəkildə əməl etməlidir. Gigiyena proqramları rəhbərlik tərəfindən təşviq edilməli və təlimlər zamanı geniş müzakirə olunmalıdır.