Bioloji və ya radioaktiv nümunələr kimi spesifik substansiyalar istifadə olunan laboratoriyalara qarşı xüsusi tələblər irəli sürülür.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

İstirahət və yemək otaqları digər sahələrdən ayrılmalıdır. Paltar dəyişmə və yuyunma otaqları, sanitar qovşaqlar istifadə üçün rahat yerlərdə və işçilərin sayına uyğun olmalıdır. Sanitar qovşaqların istehsal və saxlanma sahələri ilə birbaşa əlaqəsi olmamalıdır.