İstehsalçı adekvat sayda, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq qaydada sertifikasiyadan keçmiş işçi heyətə malik olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Keyfiyyəti idarəetmə sistemini tətbiq etmək, dəstəkləmək və onun effektivliyinin davamlı inkişafına nail olmaq məqsədi ilə rəhbərlik kifayət miqdarda və müvafiq resursları (insan, maliyyə, materiallar, sahələr və avadanlıqlar) təyin və təmin etməlidir. İşçilərin cavabdehlikləri elə təyin olunmalıdır ki, məhsulun və ya xidmətin keyfiyyətinə mənfi təsir etməsin.