Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Heftelik.az-a verilən məlumata görə, adı çəkilən şəxslər qabaqcadan əlbir olaraq özgənin etibarından sui istifadə etməklə bir nəfərin əmlakını ələ keçiriblər.

Onlar zərər çəkmişə onu işə düzəldəcəkləri vədini verərək Bakı şəhərində yerləşən evini girov qoyub əvəzində pul götürüblər. Lakin, vədlərinə əməl etməyərək həmin şəxsə 102 min manat maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.