Sahələrin layihələndirilməsi zamanı istehsal prosesinin ardıcıllığı və tələb olunan təmizlik dərəcəsi nəzərə alınmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

İş yerləri və prosesdaxili saxlanma sahələri istehsal və ya yoxlama zamanı müxtəlif dərman vasitələri və ya onların komponentlərinin qarışıq salınma, çarpaz çirklənmə, eləcə də hər hansı mərhələnin buraxılması və ya səhv yerinə yetirilməsi risklərini minimuma endirəcək, avadanlıqların və materialların məntiqi ardıcıllıqda yerləşməsini təmin edəcək şəkildə layihələndirilməlidir.