Ürəyin işemik xəstəliyinin olması instrumental müayinə metodları (hökmən sakit vəziyyətdə və yük sınaqları ilə EKQ, exokardioqrafiya; əlavə – stres-exokardioqrafiya, koronaroqrafiya və s.) ilə təsdiq olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
“a” bəndinə aşağıdakılar aiddir:
- ürək transplantasiyası;
- III və IV funksional sinif gərginlik stenokardiyası;
- III və IV funksional sinif xroniki ürək çatışmazlığı.