Yükü endirməyə hazırlayarkən və endirərkən işlərin ardıcıllığına riayət olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Yükü endirməyə hazırlayarkən və endirərkən aşağıdakı işlərin ardıcıllığına riayət olunmalıdır
1) tormoz sisteminin bərkidilməsi üçün anker qurğusunu hazırlamaq;
2) yük endirilən kanatı tormoz sisteminə keçirmək və bərkitmək;
3) yükü karabinlə (yaylı qarmaq) kanata bərkitmək, karabinin muftasını burmaq;
4) aşağıda olan işçiləri yükün endirilməsi barədə xəbərdar etmək;
5) yükü tikilinin kənarına (hündürlüyün dəyişmə sərhədi) daşımaq;
6) tormoz sistemindən fiksasiyanı çıxartmaq, yükü endirməyə başlamaq.