Suriyanın cənubunda Tenef bölgəsində fəaliyyət göstərən ABŞ-ın dəstəklədiyi Azad Suriya Ordusu Dəməşq istiqamətində irəliləyir.
Heftelik.az-ın məlumatına görə, hökumət qüvvələri ilə döyüşən müxalif qüvvələr Suriya paytaxtının cənubundakı Darayya məhəlləsinə daxl olub.
Dəməşqdə dürzi və xristianların yaşadığı Ceraman məhəlləsində hökumətə qarşı aksiya keçirib, sabiq prezident Hafiz Əsədin heykəlini yıxıblar. Aksiyada Prezident Bəşər Əsəd əleyhinə şüarlar səsləndirilib.
Beləliklə, Dəməşqin iki məhəlləsi artıq hökumət qüvvələrinin nəzarətindən çıxıb.
Əsas özəyini Heyət Təhrir əş-Şam (HTŞ) təşkil edən, 27 noyabrdan indiyə qədər İdlibdən başladılan hücum nəticəsində Hələb və Hamanı ələ keçirən, Humus uğrunda döyüşlər aparan müxalif qüvvələrin komandanı Hasan Abdül Gani isə deyib ki, müxalif qüvvələr Dəməşqdən 10 km uzaqlıqdakı Kuneytraya bağlı Sasa qəsəbəsində nəzarəti təmin edib. Hasan Abdül Gani bununla Dəməşqin mühasirəsində son mərhələnin başladığını bildirib.
#Syrie Jeramana banlieue de Damas pic.twitter.com/TleNPhm8yd
— Wassim Nasr (@SimNasr) December 7, 2024