Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının nədə təqsirli bilindiyi bəlli olub.
Heftelik.az-ın məlumatına görə, Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi ilə (Hədə-qorxu ilə tələb etmə,zor tətbiq etmə ilə törədildikdə) təqsirli bilinir.
Vəkili Aqil Layıc bildirib ki, Azər Qasımlı hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.
***
saat 13.38
Barəsində olan müraciətlə əlaqədar Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Azər Qasımlı yenidən araşdırmaya çağırılıb.