Suriyada müxalif qüvvələr Humus şəhəri, daha sonra isə paytaxt Dəməşqə nəzarəti təmin edib.
Heftelik.az-ın məlumatına görə, Suriya Prezidenti Bəşər Əsəd paytaxtı tərk edib.
Suriya Baş naziri Məhəmməd Qazi əl-Cəlali ölkədə hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduqlarını açıqlayıb. Baş naziri xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib.
Məhəmməd Qazi əl-Cəlali “hamı üçün nəzərdə tutulmuş” dövlət qurumlarının qorunub saxlanmasına çağırıb.
Müxalif Heyət Təhrir Şamın (HTŞ) lideri Əbu Məhəmməd əl-Culani sosyal mediadan yayınladığı açıqlamada dövlət binalarına yaxınlaşılmaması ilə bağlı xəbərdarlıq edib, bu qurumların rəsmən təhvil verilənə qədər hazırdı Baş nazirin nəzarətində qalacağını bildirib. O, havaya atəş açılmasının da qadağan olunduğunu vurğulayıb.