Bu gün müxalif Suriya Milli Ordusu Fərat çayının şərqindəki Menbic rayonunun JPG/PKK terror təşkilatından təmizlənməsi əməliyyatına başlayıb.
Heftelik.az-ın “Hurriyet”-ə istinadən verdiyi məlumata görə, Türkiyənin dəstəklədiyi müxalif Suriya Milli Ordusu artıq rayonun 80 faizini terrorçulardan təmizləyib.
Artıq müxalif Suriya Milli Ordusu bölməlri Menbic şəhərinin mərkəzinə daxil olub.
Qeyd edək ki, bundan əvvəl Tel Rifat JPG/PKK terrorçularından təmizlənib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Tel Rifat, Menbic və Türkiyə sərhədləriyaxınlığındakı Ayn əl-Arab (Kobani) və Qamışlının JPG/PKK terrorçularından təmizlənməli olduğunu bəyan edib.