“Xəstəliklər cədvəli”nin I qrafası ilə şəhadətləndirilənlər üçün bir göz alması olmadıqda digər gözün istənilən görmə itiliyi müşahidə edilən hallarda “a” bəndi üzrə şəhadətləndirilirlər.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Adi sferik şüşələrlə korreksiya zamanı, eləcə də şəhadətləndirilən şəxslərdə korreksiya olunmayan anizometropiyalar olduqda, “Xəstəliklər cədvəli”nin bütün qrafaları üzrə rahat keçirilən binokulyar korreksiya ilə (hər iki göz üçün şüşələrin gücündəki fərqin 2,0 DPTR artıq olmaması ilə) görmə itiliyi nəzərə alınır.