Aorta-tac qan damarının şuntlaşdırılması, koronar angioplastika əməliyyatlarını keçirmiş və “Xəstəliklər cədvəli”nin I, II, III qrafaları üzrə şəhadətləndirilən şəxslər süni ritmvericinin implantasiyasından sonra “a” bəndi üzrə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılırlar.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Bəzi hallarda, belə vəziyyətlər zamanı hərbi xidmətkeçmənin son yaş həddinə çatmamış zabitlər, gizirlər, mişmanlar və könüllü (bağlaşma əsasında) hərbi xidmət keçən çavuşlar hərbi xidmət vəzifələrini icra etmək qabiliyyəti saxlandıqda, əməliyyatdan sonra “b” bəndi üzrə şəhadətləndirilə bilərlər.