Başlanğıc və ilkin qablaşdırma materialları, aralıq və ya yarımfabrikat məhsulların ətraf mühit ilə təmasda olduğu sahələrdə daxili səthlər (divarlar, döşəmələr və tavanlar) hamar, çatlarsız və açıq zədələrsiz, xırda hissəciklər yaymayan, asan və effektiv təmizlənməyə və dezinfeksiya edilməyə uyğun olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Borular, işıqlandırma vasitələri və havalandırma qurğuları təmizlənməsi çətin olan hissələrin olmayacağı şəkildə layihələndirilməlidirlər. Çalışmaq lazımdır ki, onlara texniki qulluq istehsal sahələrindən kənarda ediləbilən olsun.