Başlanğıc və qablaşdırma materiallarına dair spesifikasiyalar məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Başlanğıc, ilkin və ya çap olunmuş qablaşdırma materiallarına dair spesifikasiyalar aşağıdakıları əks etdirməli və ya istinad etməlidir:
– materialların təsviri, aşağıdakılar daxil olmaqla:
– ad və daxili kod;
– farmakopeya məqaləsi və ya normativ sənədə istinad və ya sənədin özü;
– təsdiq edilmiş təchizatçıların siyahısı, və əgər ehtiyac olarsa materialın istehsalçısı;
– çap materialının nümunəsi;
– nümunələrin götürülməsi və sınaqlara dair təlimatlar;
– qəbul olunan limitlər qeyd olunmaqla keyfiyyət və kəmiyyət göstəriciləri;
– saxlanma şəraiti və ehtiyat tədbirləri;
– yararlıq müddəti və ya növbəti yoxlamayadək olan maksimal müddət.