İstehsalçı İstehsalat, Keyfiyyətin yoxlanılması və aidiyyəti üzrə Keyfiyyətə təminat və ya Keyfiyyət bölmələrinin rəhbərləri, həmçinin Səlahiyyətli Şəxs arasında əlaqələri və tabeçiliyi aydın şəkildə göstərən təşkilati idarəetmə struktura malik olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Rəhbər işçilərin cavabdehlikləri və səlahiyyətləri təyin olunmalı və vəzifə təlimatlarında qeyd edilməlidir. Onların cavabdehlikləri rəhbərin əmri ilə bu sahədə kifayət qədər ixtisaslı müavinlərinə tapşırıla bilər. EİT-nin tətbiqindən məsul şəxslərin cavabdehliklərində boşluqlar və ya təkrarlar olmamalıdır.