Tel Rifat və Menbicin terrordan təmizlənməsi məmnuniyyətvericidir.

Heftelik.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Rəcəb Tayyib Ərdoğan Suriyadakı sabiq rejimin son anda belə bir sıra bölgələri, şəhərləri JPG/PKK terror təşkilatına təhvil verdiyini, bunun da bu rejimlə terrorçular arasında kirli əməkdaşlığı bir daha sübut etdiyini vurğulayıb.

Qeyd edək ki, Türkiyənin dəstəklədiyi müxalif Azad Suriya Ordusu dekabrın 2-də  “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində öncə 2 gün ərzində Tel-Rifat rayonunu  PKK/YPG terrorçularından təmizləyib. Dekabrın 8-də isə Menbic bölgəsinin terrorçulardan təmizlənməsi üçün əməliyyata başlanıb və bu gün Menbic şəhəri də daxil olmaqla, bölgə terrorçulardan təmizlənib.