İmplantasiya edilmiş daimi kava-filtrin olması, IV dərəcəli fil azarı (limfedema), III mərhələ anqiotrofonevrozlar (qanqrenoznekrotik mərhələ) və xəstəliyin proqressivləşən gedişi və qan dövranının davam etməkdə olan pozulması ilə müşayiət olunan iri magistral (aorta, qalça, bud, braxiosefal arteriyalar, qapı venası və ya boş vena) və periferik damarlarda rekonstruktiv cərrahiyyə əməliyyatlarının nəticələri “a” bəndinə  aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.