Bütün işçilər işə götürüldükləri zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq tibbi müayinədən keçməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
İstehsalçı tərəfində işçilərin məhsulun keyfiyyətinə təsir edə biləcək sağlamlıq vəziyyətləri barədə məlumatlı olduğunu təmin edən təlimatlar hazırlanmalıdır. İşçi heyətin ilkin tibbi müayinəsindən sonra mütəmadi olaraq müvafiq tibbi müayinələr keçirilməlidir.