Keyfiyyətin idarəedilməsi məhsulun keyfiyyətinə ayrı-ayrılıqda və ya ümumi olaraq təsir edən bütün məsələləri əhatə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Bu, dərman vasitəsinin təyinatına uyğun keyfiyyətdə olduğuna təminat verən bütün təşkilati tədbirlərin cəmidir. Buna görə də Keyfiyyətin İdarəedilməsi Eibarlı İstehsalat Təcrübəsini (EİT) də əhatə edir. EİT kliniki tədqiqatda olan dərman vasitəsinin istehsalından başlayaraq texnologiyanın köçürülməsi, sənaye üsulu ilə istehsalat və dərman vasitəsinin istehsalının dayandırılmasına kimi məhsulun bütün həyat dövrünü əhatə edir.