Uçuş heyətinin, üzən heyətin hazırlanması üzrə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, hava-desant hərbi məktəblərinə (fakültələrinə) daxil olan vətəndaşların şəhadətləndirilməsi zamanı vestibülyar aparatın otolit reaksiyası təcrübəsi ilə və ya Koriolis sürətləndirməsinin fasiləsiz kumulyasiyası sınağı ilə üçqat müayinə aparılması məcburidir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
| Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
| I qrafa | II qrafa | III qrafa | ||
| 38 | Karlıq, lal-karlıq, eşitmənin zəifləməsi: | |||
| a) hər iki qulağın karlığı və ya lal-karlıq | D | D | D | |
| b) bir qulağın pıçıltı nitqini eşitməməsi, digər qulağın pıçıltı nitqini 3 m-ə qədər məsafədən eşitməsi, yaxud bir qulağın 1 m-ə qədər məsafədən, digər qulağın 2 m-ə qədər məsafədən pıçıltı nitqini eşitməsi ilə eşitmənin davamlı zəifləməsi | C | C | C və ya B FƏRDİ | |
| c) bir qulağın pıçıltı nitqini eşitməməsi, digər qulağın pıçıltı nitqini 3 m-dən artıq məsafədən eşitməsi, yaxud bir qulağın 2 m-ə qədər məsafədən, digər qulağın 3 m-ə qədər məsafədən pıçıltı nitqini eşitməsi ilə eşitmənin davamlı zəifləməsi | C | C | ||
