Başlanğıc materiallar və məhsulların digər materiallar və məhsullarla çirklənməsinin qarşısı alınmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Nəzarətsiz xaric olan toz, qazlar, buxar, aerozollar, aktiv maddələrin genetik materialı və ya orqanizmləri, avadanlıqlarda və operatorların geyimlərində olan qalıqlar kimi maddələrlə təsadüfi çarpaz çirklənməyə səbəb ola biləcək risklər qiymətləndirilməlidir. Riskin dərəcəsi çirklənməyə səbəb olan maddənin və çirklənməyə məruz qalan məhsulun təbiətindən asılı olaraq dəyişir.