Bu gün müxalif Suriya Milli Ordusu Fərat çayının şərqindəki Menbic rayonunu JPG/PKK terror təşkilatından tam təmizləyib.
Heftelik.az-ın “Hurriyet”-ə istinadən verdiyi məlumata görə, Türkiyənin dəstəklədiyi müxalif Suriya Milli Ordusu artıq rayonun mərkəzinə – Menbic şəhərinə də nəzarəti təmin edib.
Beləliklə, dünən Menbic əməliyyatına başlayan müxalif Suriya Milli Ordusuna rayonu təmizləmək üçün 2 gün yetərli olub.
Qeyd edək ki, bundan əvvəl Tel Rifat JPG/PKK terrorçularından təmizlənib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Tel Rifat, Menbic və Türkiyə sərhədləriyaxınlığındakı Ayn əl-Arab (Kobani) və Qamışlının JPG/PKK terrorçularından təmizlənməli olduğunu bəyan edib.