“Dalğıc” hərbi-uçot ixtisası üzrə xidmət keçən şəxslərdə barofunksiyanın III dərəcəli davamlı pozulması olduqda, yararlılıq fərdi qaydada təyin edilir, barofunksiyanın IV dərəcəli pozulması olduqda isə onlar yararsız sayılırlar.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Orta qulaqda radikal və ya rekonstruktiv-bərpaedici cərrahiyyə əməliyyatlarından sonra yaxşı nəticə ilə hərbi qulluqçular “Xəstəliklər cədvəli”nin 36-cı maddəsinin “ç” bəndi üzrə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti azad edilirlər.