Səhiyyə Nazirliyi plastik cərrahların rüşvət qarşılığında ixtisaslarının dəyişdirilməsi və onlara sertifikatların verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Heftelik.az-n məlumatına görə, Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq deyilib ki, məsələ ilə bağlı Nazirlik hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparır.

“Sonda istintaq orqanı tərəfindən aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, – Nazirlikdən bildirilib.

Qeyd edək ki, rüşvət qarşılığında ixtisasların dəyişdirilməsi və saxta sertifikatların verilməsində Səhiyyə Nazirliyinin bir neçə vəzifəli şəxsinin adı hallanır.