Texniki qulluq sahələri istehsal sahələrindən mümkün qədər uzaq və ayrı yerləşməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Ehtiyat hissələri və alətlər istehsal sahələrində olarsa onlar xüsusi ayrılmış otaqlarda və ya bağlı şkaflarda saxlanmalıdır. Heyvanlar üçün vivarilər digər sahələrdən təcrid edilməli, ayrıca girişə və havalandırma sisteminə malik olmalıdır. İstehsal avadanlıqları təyinatına uyğun şəkildə layihələndirilməli, yerləşdirilməli və texniki qulluqdan keçməlidirlər.